Cəmiyyət, Qanun Layihələri 10 Dekabr 2021, 14:00 | Baxış sayı: 230
"Məcəllənin qəbul edilməsinə qədər atılacaq bir çox addımlar var"

"Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul edilməsinə qədər bir çox atılacaq addımlar var ki, onlar atılmadan məcəllənin qəbul edilməsi effekt verməyəcək".

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, bu səbəbdən ilk növbədə, zəruri şərait tam formalaşdırılmalıdır, alt qanunlar qəbul olunmalı və yaxud da təkmilləşdirilməlidir.

"Belə bir yanlış təsəvvür var ki, biz Rəqabət Məcəlləsini qəbul etdik, bütün ədalətli rəqabət ölkədə təmin olundu. Bu cür qəbul etmək də düzgün deyil. Bu istiqamətdə atılacaq kifayət qədər addımlar var. Məsələn, satınalma ilə bağlı yeni qanun hazırlanacaq, yaxud da ədalətli rəqabətlə bağlı və kölgə iqtisadiyyatının aradan qaldırılması ilə bağlı. Məcəllənin qəbul edilməsinə qədər atılacaq bir çox addımlar var", - deyə T. Mirkişili qeyd edib.

Xəbərlər