Siyasət 28 Mart 2023, 17:27 | Baxış sayı: 142
"“McDonalds” şirkətinin Ordumuza yardım etməsi barədə hələ eşitməmişəm"

"Azərbaycanda əksər xarici şirkətlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusuna yardım göstərdi. Ancaq “McDonalds” şirkətinin Ordumuza yardım etməsi barədə hələ eşitməmişəm. Bu şirkətin yardım edib və ya etməməsi sual altındadır".

 

Pravda.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

 

Deputat bildirib ki, “McDonalds”-ın Azərbaycanda kifayət qədər şəbəkəsi var:

 

"Düşünmürəm ki, Azərbaycanda elə bir şəbəkə olsun ki, müharibə dövründə Ordumuza yardım göstərməsin. İstər əhali, istər şirkətlər, istərsə də təşkilatlar, hamısı 44 günlük Vətən müharibəsi dövründə dövlətimizin yanında olub və yardım göstəriblər. Amma "McDonalds"ın Ordumuza yardım göstərib-göstərməməsi bəlli deyil".

 

V.Əhmədov həmçinin qeyd edib ki, "McDonalds" şirkətini bağlamaq düzgün deyil:

 

 "Rusiyada "McDonalds" şirkəti bağlandı, yeni əvəzləmə aparıldı. Ancaq söhbət əvəzləməkdən getmir. "McDonalds" cəmiyyət arasında tanınmış bir şirkətdir və kifayət qədər də alıcısı var. Ona görə də, bağlanmasına razı deyiləm. Amma niyə yardım etməyib? Onu araşdırmaq lazımdır. Bəlkə yardım ediblər, bizim məlumatımız yoxdur. İnanmıram ki, Azərbaycanda olan hər hansı şirkət yardım etməsin".

Xəbərlər