Cəmiyyət 11 Mart 2022, 12:40 | Baxış sayı: 178
"Manatın bahalaşmasını gözləmək lazım deyil".

“Dolların məzənnəsinin 1.7000 manat səviyyəsində saxlanılması üçün müəyyən vəsait ayrılır. Hamımız bilirik ki, məzənnə bu deyil. Amma indiki şəraitdə bunu saxlamaq lazımdır”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov “Reaksiya TV”nin canlı yayımında bildirib.

V.Əhmədov qeyd edib ki, bu məsələdə insanların sosial vəziyyətini nəzərə almaq lazımdır: “Xarici şirkətlər Qarabağda quruculuq işlərində iştirak edirlər. Onlar arxayındır ki, dollar sabitdir. Manatın bahalaşmasını gözləmək lazım deyil, hələ bu səviyyədə saxlanılsın, kifayətdir, gələcək zamanda baxılar”.

Xəbərlər