Ümumi 16 Mart 2021, 15:34 | Baxış sayı: 336
Əli Hüseynli: “Məhkəmə-hüquq islahatları ilə bağlı keyfiyyətcə yeni mərhələyə keçmişik”

“Məhkəmə hakimiyyəti hakimiyyətin müstəqil qoludur. Məhkəmə-hüquq islahatları ilə bağlı keyfiyyətcə yeni mərhələyə keçmişik”.

“Report”un xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Hökumət öz hesabatında doğru olaraq korrupsiya ilə bağlı qısa bir məlumat verib. Mən bunu doğru hesab edirəm”, - Əli Hüseynli bildirib.

Xəbərlər