Əleyhimizə yazan jurnalistlərin ölkəmizə gəlişi qadağan olunmalıdır
Plenar iclaslar
16 Dekabr 2022, 13:16 | Baxış sayı:
225
“Azərbaycana qarşı informasiya müharibəsində İranın televiziyaları, Rusiyada çıxan “Arqumentı i faktı” qəzeti aktiv iştirak edir. Azərbaycana kənardan gələn qəzetlərin və jurnalların yayılmasına nəzarət olmalıdır. Ölkəmizə bu qəzet və jurnallar poçt vasitəsiylə gətirilir”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.
Deputat bildirib ki, “Arqumentı i faktı” qəzetinin 56 səhifəsindən 24 səhifəsi əlavə kimi çap olunur: “Qəzetdə ölkəmiz əleyhinə məqalələr gedir”.
Deputat təklif edib ki, “Arqumentı i faktı” qəzetinin ölkəmizdə çapı dayandırılsın: “Düşünürəm ki, ölkəmiz əleyhinə yazılar yazan jurnalistlərin ölkəmizə gəlişi qadağan olunmalıdır”.