“Laçın dəhlizi bağlı deyil, ermənilər hər gün rahat şəkildə oradan keçir”
“Xarici diplomatların vaxtaşırı Qarabağa səfərlərinin təşkil olunması təqdirəlayiq addımdır. Ermənilərin işğaldan azad edilmiş əraziləri ötən 30 il ərzində viran günə qoyduğunu görməlidirlər”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, erməni yalanları qarşısında Azərbaycanın ortaya qoyduğu həqiqətlər var:
“Ermənistan Azərbaycanın Laçında qurduğu sərhəd məntəqisininin yığışdırılmasını tələb edir. Niyə istənilən adamın istənilən yolla sərhədi keçərək ərazimizə daxil olmasına icazə verməliyik?!
Təhlükəsizlik Şurasının hansı üzv ölkəsinin ərazisində belə bir şey var?!”.
a
Deputat xatırladıb ki, Laçın dəhlizi bağlı deyil:
“Ermənilər hər gün rahat şəkildə oradan gəlib, keçir. Ermənistan istəyir ki, istədiyi vaxt hərbi kontingentini Azərbaycan ərazisinə keçirsin. Bu, heç vaxt baş tutmayacaq. Azərbaycana siyasi təzyiq göstərməyə və danışıqlarda onun suverən hüquqlarından əl çəkməsinə çalışır. Ermənistan xəyallarla yaşamaqdadır”.
demokrat.az