Siyasət 12 Sentyabr 2023, 17:11 | Baxış sayı: 73
"İstənilən humanitar yükün Xankəndiyə daxil olması erməni yalanlarını ifşa edəcək"

“Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazidə hər hansı humanitar böhran, qida çatışmazlığı yoxdur. Azərbaycan və Rusiya tərəfindən humanitar yardımın göstərilməsi Ermənistanın yalanlarının üstünü açacaq”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O qeyd edib ki, ermənilər istənilən cəhdlə Ağdam – Xankəndi yolunun açılmasının qarşısını almağa çalışır:

“Bu məsələni nə Ermənistan, nə də separatçılar həll edir. Xankəndi Azərbaycan ərazisidir. Oraya girişin hansı tərəfdən olmasını Azərbaycan özü müəyyən edir. 

Bu gün Ermənistan – Rusiya münasibətləri günü-gündən gərginləşir. Ermənistan Rusiyadan uzaqlaşmağa, Qərblə, ABŞ ilə yaxınlıq etməyə çalışır. Bununla bölgədə yeni gərginlik ocağı yaranır. Ermənistan Qarabağı böhranlı bölgə kimi qələmə verir. İstənilən humanitar yükün oraya daxil olması erməni yalanını ifşa etmiş olacaq. Ermənistan Laçın dəhlizindən nəzarətsiz istifadə etmək istəyir. Bu isə yolverilməzdir. Azərbaycan bunu qəbul etməyəcək”.

demokrat.az

Xəbərlər