Plenar iclaslar, Qanun Layihələri 17 Noyabr 2021, 13:43 | Baxış sayı: 223
“İşsizlikdən Sığorta Fonduna ayrılan vəsaitdən 44 milyon manat qalıb”.

“İşsizlikdən Sığorta Fonduna ayrılan vəsaitdən 44 milyon manat qalıb”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat bildirib ki, bunun səbəbi açıqlanmalıdır: “Ya işsizlikdən sığorta haqqı çox yüksəkdir, sizdə bu pul artıq qalır, ya da ölkədə işsiz şəxs yoxdur ki, siz bu pulu onlara xərcləmirsiniz. Buna aydınlıq gətirilsin. Bu, 44 milyon manatın taleyi necə olacaq?! Niyə bu pul xərclənməyib”.

Xəbərlər