Siyasət 19 İyun 2023, 15:32 | Baxış sayı: 112
"İrəvan ərköyünlüyünü davam etdirərsə, Bakının “dəmir yumruğ”a əl atması labüddür"

“Ermənistan-Azərbaycan sərhəddində baş verən son təxribat cəhdləri onu göstərir ki, deyəsən, ermənilər hələ də “dəmir yumruğ”un acı nəticələrdindən yaxşı dərs çıxarmayıb, Azərbaycanın sülh təklifini qəbul etmək istəmirlər. Özlərini dəcəl, ərköyün uşaq kimi aparırlar. Amma unudurlar ki, Azərbaycanın səbri tükənməz deyil.  Azərbaycan ordusunun “dəmir yumruğ”u hər zaman hazır vəziyyətdədir və bunu ermənilər  hər təxribatında da  üzərlərində yaxşı hiss ediblər. Ermənistan bu təxribatçı hərəkətlərində əl çəkib sülhə mane olmaqda davam edərsə, onları  ordumuzun “dəmir yumruğ”u vadar edəcək”.

Bunu açıqlamasında deputat Kamran Bayramov deyib.

“Proseslər belə davam edərsə və ermənilər destruktiv hərəkətlərindən əl çəkməzsə, bu qaçılmaz olacaq. Bunun da necə baha başa gələcəyini artıq ermənilər özləri hesablamalıdırlar. Bu son və ölümcül, sarsıdıcı  bir  zərbə olacaq”, - deputat qeyd edib.

Deputat bildirib ki, İrəvan bu təxribatçı hərəkəti sülhü pozmaqla yanaşı, Qarabağdakı ermənilərində reinteqrasiya prosesinə ciddi əngəl yaradırlar: “Ermənilər anlamalıdır ki, bu taktikadan istifadə edib Azərbaycana qarşı hansısa təzyiq vasitəsi ilə məkrli və çirkin niyyətlərini həyata keçirmək nəsib olmayacaq. Əslində, bu təxribatlar onları daha da çıxılmaz dalana sürükləyir. Bundan sonra belə metodlarla Azərbaycana təzyiq etmək  qeyri-mümkündür, hətta deyərdim ki, absurd bir  yanaşmadır. Əksinə, İrəvanın bu hərəkətləri Bakını sərt  formalardan istifadə etməklə sülhə vadaertmə metodlarından istifadəyə variantına əl atmağa zəmin yaradır. Lakin Azərbaycan hələ də öz humanist mövqelərindən istifadə edib, onların bu cür ərköyün hərəkətlərinə səbrlə yanaşıb sülh  yolu ilə məsələnin həllinə üstünlük verir.   Odur ki, ermənilər Azərbaycanın sülh şərtlərini və Qarabağdakı ermənilərin amnistiyası ilə bağlı təkliflərini dəyərləndirib, buna uyğun addım atmalıdır. Vaxt artıq daralıq.  Azərbaycan ermənilərin onlara təklif etdiyi sülhdən tam imtina edib, reinteqrasiyadan üz çevirdikləri zaman bu cür sərt addımlara əl atacaq və bu qaçılmaz olacaq. O zaman hər şey gec olacaq”.

O  eyni zamanda əlavə edib ki, bəzi kənar  güclər, xüsusən də İran, Fransa və Rusiya bölgədə  sülhdə maraqlı olmadığından İrəvanı bölgədə  gərginliyi davam etdirməyə sövq edirlər: “Amma  ermənilər unutmamalıdırlar ki, bundan udan Ermənistan olmayacaq. Əgər 30 illik işğal dövründə  onlar bir şey edə bilmədilərsə, bundan sonra ümumiyyətlə  mümkün deyil”.

Deputat hesab edir ki, son hadisələrdən sonra ermənilər apatiya vəziyyətinə düşüblər və  gələcək talelərinin necə olacağını bilmirlər. “Qarabağdakı ermənilərə gəldikdə isə deyərdim ki, onlar Prezidentin  amnistiya çağırışından nəticə çıxarmalıdırlar. Onlar ya vətəndaşlığı qəbul edib Azərbaycana reinteqrasiya olmalıdırlar, ya da ağ bayraq qalıdırıb Azərbaycan ərazilərini  tərk etməlidirlər. Yoxsa anti-terror əməliyyatı ilə onlar tərk-silah edilib, əl-qolları qandallanıb,  layiqli cəzalarını almaq üçün ədalət mühakiməsinə  təhvil veriləcəklər. Xankəndində separatçılaırn ağ bayraq qaldırmasına elə də çox vaxt qalmayıb. Bu elə də uzaqda deyil”.

mənbə: Ölkə.Az

Xəbərlər