Siyasət 21 İyun 2023, 15:11 | Baxış sayı: 4047
"İrəvan bölgəni yeni bir fəlakətə və gərginliyə sürükləyir"

Ermənistan Azərbaycana qarşı təkcə işğlaçılıq siyasəti deyil, həmçinin on illərdir ki, beynəlxalq hüquqları tapdalayaraq ekoloji terror həyata keçirməkdədir.

Bunu açıqlamasında Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Əliabbas Salahzadə deyib.

Onun sözlərinə görə, biz onilliklərdir ki, Ermənistanın Azərbaycana qarşı və bütövlükdə Cənubi Qafqaz bölgəsinin ekosisteminə vurduğu terrora şahidlik etməkdəyik.  

“Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi ekoloji terror nəticəsində regionun flora və faunasına vurduğu ziyanın dəyəri ölçülməz səviyyədədir.   Azərbaycanın flora və faunasına dəyən ziyan milyardlarla dollar səviyyəsində ölçülür. Bu təkcə maddi ziyan deyil, eyni zamanda insanlara və gələcək nəslə vurulan ziyandır. Ermənistanın törətdiyi ekoterror ilə bağlı faktları sadalamqla bitməz və onun dövlət səviyyəsində yürütdüyü ekoterror siyasəti bu gün də davam etməkdədir”, - o qeyd edib.

Deputat əlavə edib ki, Ermənistanın ekoterrorunun vurduğu ziyanlar aradan qaldırılmadan, Azərbaycan yeni bir ekoterrorla üz-üzədir: “Ermənistan bölgənin ekosistemi üçün daha təhlükəli bir  terror aktını  həyata keçirməkdədir.   ABŞ şirkəti ilə birlikdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində, Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə  başlayıb. Məlumata görə, sahəsi 16 min 500 kvadratmetr olacaq zavodun tikintisinə 70 milyon dollar yatırılacaq və layihə başa çatdıqdan sonra burada ildə 180 000 ton məhsul istehsal edəcək. Zavod Naxçıvanla sərhəddən 800 metr aralıda olmaqla Araz çayı sahilində yerləşəcək. Bu  həm yaxınlıqdakı flora və faunasına ziyan vurmaqla yanaşı,  müəssisənin zərərli istehsalat tullantıları Araz çayına axıdılacaq. Bu da ciddi problemlərə gətirib çıxaracaq. Araz çayına axıdılacaq zərərli  tullantılar suyu çırkləndirməklə çaydakı mövcud heyvanat aləmin  məhv olmasına gətirib çıxaracaq ki, bu  da beynəlxalq konvensiyaların tələblərinə ziddir və onun kobud surətdə pozulması deməkdir. Ermənistan bu addımı atmaqla “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyasını kobud şəkildə pozub. Bununla da  Ermənistan işğalçılıq siyasətində olduğu kimi, ekoloji terror həyata keçirməkdə məsuliyyətsiz davranır və  bu sahədəki beynəlxalq qanunverciliyi kobud surətdə pozaraq, ayaqlar altına atır. Tikilməsi nəzərdə tutulan metallurgiya zavodu bölgədə ekoloji və qida təhlükəsizliyinə mənfi təsir daha da artıracaq. Ona görə də bunun qarşısını almaq üçün beynəlxalq səviyyədə çağırışlar edilməlidir. Hesab edirəm ki, digər bölgə ölkələri də aktiv şəkildə buna qarşı çıxamlı və məsələyə göz yummamalıdır. Çünki sonda  region ölkələri də bunun fəsadlarını yaşamalı olacaq. O baxımdan belə bir zərərli layihənin reallaşmasına imkan vermək olmaz”. 
O eyni zamanda əlavə edib ki, bu ekoterrordan siyasi maraqları üçün də istifadə etməyə çalışır:  “İrəvan bundan öz hiyləgər məqsədləri üçün istifadə etməyə çalışır. Zavodun Azərbaycanla sərhəddə tikintisi də 
Son günlərdə zavodun tikintisi ciddi narahatçılqıla qarşılandığında digər təxribatlara da əl atmağa çalışır. 
Ermənistan zavodu sərhəddə inşa etməklə Azərbaycanla gərginliyə başqa dövlətləri də cəlb etmək istəyir.  ABŞ sərmayəsi ilə tikilən zavodun tikintisinə hindlilərin cəlb edilməsi də bununla bağlıdır. 
Digər tərəfdən son günlərdə atəşkəs rejiminin pozulmasını bəhanə edib həmin ərazidə Ermənistan bayrağı ilə yanaşı ABŞ bayrağını qaldırmağı planlaşdırırlar. Bu düşünlümüş qaydada  həyata keçirilən növbəti bir təxribatdır. Ümumiyyətlə  belə bir layihənin sülh sazişi olmadığı bir təqdirdə Azərbaycanla sərhəddə tikilməsi özü təxribatdır. Bu bölgədə sülhə deyil, gərginliyə xidmət edir.  Ona görə də sülh sazişi imzalanmayanadək bu zavodun tikintisi dayandırılmalıdır və bölgədə sülhün təmin olunmasında maraqlı güclər bu məsələyə ciddi reaksiya verməlidir”.

Mənbə: olke.az

Xəbərlər