Plenar iclaslar 11 Oktyabr 2021, 14:40 | Baxış sayı: 278
“İranlı deputatlar, rəsmilər, hətta generalların Azərbaycana qarşı təhdidləri səngimək bilmir”.

“İranlı deputatlar, rəsmilər, hətta generalların Azərbaycana qarşı təhdidləri səngimək bilmir”.

APA-nın verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, həmkarı Bəhruz Məhərrəmov İranla bağlı fikrini deyəndə deputatlar onu məzəmmət edib: “Amma bu gün İran parlamentində Azərbaycanın müstəqilliyi şübhə altına alınır. Heç bir İran generalının təhdidi Azərbaycanı qorxutmayacaq. İranın etdikləri ilk növbədə özünə ziyandır”.

Sahibə Qafarova qeyd edib ki, B. Məhərrəmova parlamentin reaksiyası Azərbaycanın dostluq, humanitar siyasətinin davamı idi.

Xəbərlər