“İran düşünmürdü ki, Azərbaycan Ermənistan üzərində qələbə qazanar”
Milli Məclisin iclasında çıxış edən deputat Vahid Əhmədov ölkə gündəminin ən mühüm məsələsindən, Tehrandakı səfirliyimizdə törədilən terror aktından bəhs edib.
“Bir sıra politoloqlar mətbuata açıqlamalarında bildirirlər ki, İran ona görə Ermənistana yaxınlaşır ki, Azərbaycan onu yaxına buraxmır. Mən bu fikirlə razılaşmıram. Müstəqillik əldə etdiyimiz vaxtdan İran öz şirkətlərini Azərbaycanda açıb”-V.Əhmədov bildirdi.
Millət vəkilinin sözlərinə görə, İran düşünmürdü ki, Azərbaycan Ermənistan üzərində qələbə qazanar: “Onlar bunu istəmirdi. İranla əməkdaşlığa son qoyulmalıdır. Nə vaxt ki, İran səfirliyimizə qarşı törədilən hadisəni terror aktı kimi qiymətləndirər, onda hər şey qaydasına düşə bilər”.
V.Əhmədov yaz sessiyasının işlər planına da toxundu. Bildirdi ki, Lombardlar haqqında qanun layihəsi yaz sessiyasına daxil edilməyib. Halbuki bu, çox vacib qanundur: “Cəmiyyətdə lombardlar haqqında çoxlu şikayətlər var, amma heç bir qanunla tənzimlənmir. Biz çalışmalıyıq ki, “Lombardlar haqqında” qanunu qəbul edək”.