"İran Azərbaycana kompensasiya ödəməlidir"
“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində bir nəfərin şəhid olması və iki nəfərin yaralanması Azərbaycan cəmiyyətinin haqlı oalraq hiddətləndirdi”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.
O qeyd edib ki, Azərbaycanın diplomatik nümayəndəliyində olan terror hadisəsini beynəlxalq təşkilatlar və dövlətlər qınayıblar: “Azərbaycan dövləti də terror hadisəsindən xeyli müddət keçməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik orqanları tərəfindən ciddi tədbir görülmədiyi və bu prosesin narahatlıq doğurduğu deyilib”.
Deputat bildirib ki, 1961-ci ildə qəbul edilən “Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyasında və 1963-cü ildə qəbul edilən “Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyasında bildirilir ki, diplomatik nümayəndəliyi qəbul edən ölkə onun təhlükəsizliyini təmin etməlidir. Çünki bu onun beynəlxalq hüquqa əsasən götürdüyü öhdəlikdir.
Amma Tehrandakı səfirliyimizə edilən silahlı hücumda nə terror aktı zamanı, nə də sonra tədbir görülmədiyini gördük.
Xatırladım ki, diplomatik nümayəndəliklərə qarşı bundan öncə də terror hadisə baş verib. 1979-cu ildə İranda yerləşən ABŞ səfirliyinə hücum edilmiş və səfir girov götürülmüşdü. Beynəlxalq məhkəmə bu məsələyə baxmışdı və qərar vermişdi ki, İran tərəfi beynəlxalq öhdəliklərə zidd olaraq nəinki hadisənin qarşısını alıb, hətta hadisəyə dəstək veriblər. Beynəlxalq məhkəmənin təcrübəsində bu kimi hallar var.
İran terror hadisəsi ilə bağlı Azərbaycan tərəfinə ətraflı və dəqiq cavab verməli, həmçinin Azərbaycan Respublikasına dəymiş ziyana görə beynəlxalq hüquq çərçivəsində kompensasiya ödəməlidir”.