Plenar iclaslar, Qanun Layihələri 3 Dekabr 2021, 15:43 | Baxış sayı: 231
“İnstitut direktoru əməkdaşın, elmi rəhbər digərinin kitabını, məqaləsini öz adına çap edir”.

“İnstitut direktoru əməkdaşın, elmi rəhbər digərinin kitabını, məqaləsini öz adına çap edir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin iclasında “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı parlamentin komitə sədri Siyavuş Novruzov bildirib.

S. Novruzovun sözlərinə görə, bəzən kitablara baxanda məlum olur ki, bir adam bir gündə 70-80 səhifə yazıb: “Bu da mümkün deyil. Bir adam bir gündə 3 səhifə, təbi gələr, uzağı 10 səhifə yazar, daha 70-80 səhifə yox. Yəni gündə 70-80 səhifə yazılıbsa, plagiatdır. Ona görə də müəlliflik hüququ ilə bağlı məsələlərə diqqət ayrılmalıdır”.

Komitə sədri nəzərə çatdırıb ki, bu gün kitab çapı ilə bağlı çoxsaylı müraciətlər olur: “Bizə də müraciətlər olur. Ancaq hazırda kitab çapının müxtəlif formaları var. Elektron qaydada internetdə yerləşdirilə və pulunu ödəməklə insanlar o kitabla tanış ola bilərlər”.

Xəbərlər