Plenar iclaslar 13 May 2022, 15:29 | Baxış sayı: 180
"İnsanların özləri üçün gətirdiyi dərmanların gömrükdən keçməsinə icazə verməliyik”.

“Dərman qiymətləri çox bahadır. İnsanların özləri üçün gətirdiyi dərmanların gömrükdən keçməsinə icazə verməliyik”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, dərman bazası artırılmalıdır: “Dərman idxal etdiyimiz ölkələrdə də problemlər var. Şərqdən yenə pandemiyanın yeni dalğası gəlməkdədir. Biz buna hazır olmalıyıq”.

Siyavuş Novruzov qeyd edib ki, idxal gömrük rüsumundan azad olan qida məhsulları artırılmalıdır: “Əhalinin sağlamlığının əsasını qida təhlükəsizliyi təşkil edir. Əhalimiz tam şəkildə həm qida, həm dərman, həm də xəstəxanalarla təmin olunmalıdır”.

Xəbərlər