Plenar iclaslar 12 Aprel 2022, 15:20 | Baxış sayı: 256
"İnsanlar artıq bankdan yox, deputatdan kredit istəyir".

“Azərbaycan cəmiyyətində bank sistemində çox ciddi problemlər var”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, insanlar artıq bankdan yox, deputatdan kredit istəyir: “Prezident İlham Əliyevin apardığı uğurlu maliyyə siyasətinə baxmayaraq, ölkəmizdə vətəndaşlara verilən kredit faizləri digər ölkələrdən yüksəkdir. Bu faizlər heç olmasa birrəqəmli faizlərə salınsın. Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var. Vətəndaşların bu valyuta ehtiyatlarının müəyyən hissəsinə əlçatanlığı təmin edilməlidir”.

Deputat bildirib ki, hazırda dünyada pul-maliyyə siyasəti dəyişib: “Digər ölkələrin milli valyutalarında olan problemlər Azərbaycandan da yan keçmir”.

Spiker Sahibə Qafarova Siyavuş Novruzova cavabında qeyd edib ki, iclasda hazırda AMB İdarə Heyətinə üzvün seçilməsi məsələsini müzakirə olunur, ölkənin bank sistemindəki problemlərdən söhbət getmir.

Xəbərlər