Plenar iclaslar 16 Noyabr 2021, 17:18 | Baxış sayı: 127
"İmişli-Parsabad sərhəd-keçid və gömrük məntəqəsinin yaradılması ilə bağlı İranla danışıqların aparılmasını təklif edirəm".

Deputat Razı Nurullayev parlamentdə hökumət üzvlərindən İmişlidə aqroparkın yaradılmasını xahiş edib.

Modern.az xəbər verir ki, deputat bunun üçün böyük potensial və imkanların olduğunu bildirib:

"Rayon icra hakimiyyətinin təklifləri də hazırdır və hörmətli Baş nazirdən, İqtisadiyyat nazirindən bu məsələyə diqqət ayrılmasını xahiş edirəm. Hazırda Bakıdan Qarabağa marşrut Bakı-Biləsuvar-Bəhrəmtəpə-Beyləqan və Füzulidir. Bu xeyli uzaq və dolanbac yoldur, bəlkə də müfəqqəti istifadə olunur. Təklif edirəm ki, hörmətli Baş nazir Bakı-Hacıqabul-Kürdəmir-Bəhrəmtəpə marşrutu nəzərdən keçirilsin. Burada yalnız Kürdəmir-Bəhrəmtəpə qolunun tikilməsinə ehtiyac var. Bu məsafəni xeyli yaxınlaşdıracaq və üstəlik də İmişli, Zərdab rayonlarının və digər yaşayış məntəqələrinin inkişafına səbəb olacaq. İnfrastruktur layihələri elə seçməliyik ki, digər sahələri də inkişaf etdirsin"

Əlavə olaraq, İmişli-Parsabad sərhəd-keçid və gömrük məntəqəsinin yaradılması ilə bağlı İranla danışıqların aparılmasını təklif edirəm. Parsabadla-İmişli arasında keçid məntəqəsinin olması hər iki ölkə üçün böyük logistik imkanlar açır və həm də İranın Zəngəzur dəhlizinə əlavə və sərfəli çıxışını təmin edir. Bu keçid həm də Azərbaycanın mərkəzi rayonlarını qərb rayonları ilə əlaqələndirəcək və xərcləri xeyli azaldacaq. Bu iki təklifin dəyərləndirilməsini və cavablandırılmasını xahiş edirəm. 

Xəbərlər