Plenar iclaslar 24 Oktyabr 2023, 14:18 | Baxış sayı: 79
"İlham Əliyevin siyasətini qəbul etmək istəməyənlər fəallıq göstərirlər"

Son vaxtlar Avropa və bir sıra ölkələrin parlamentlərində Azərbaycana qarşı qərəzli bəyanatlar qəbul edilir. Bunların arxasında ən çox canfəşanlıq edən Fransa parlamentinin üzvləri və Fransa prezidenti Makron dayanır. Dünən İrəvanda Fransa müdafiə naziri ilə Ermənistan müdafiə nazirləri arasında imzalanmış hərbi əməkdaşlıq, Fransa silahlarının, hərbi sursatın Ermənistana verilməsi haqqınakı sənəd bunu bir daha sübut edir”. 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov bildirib. 

“Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin apardığı müstəqil siyasəti qəbul etmək istəməyənlər çox fəallıq göstərirlər ki, 44 günlük müharibədə və 19-20 sentyabrda keçirilmiş antiteprror əməliyatında  Azərbaycanın qazanılmış qələbəsinə kölgə salsınlar, ermənilərin Qarabağdan getməsini etnik təmizləmə kimi qələmə versinlər. Biz onları qovmamışıq,hətta bizim əlimizdə BMT kimi nüfuzlu bir təşkilatın missiyasının rəyi var. Rəydə açıq-aydın bildirilir ki, Azərbaycan erməni əhalisini zorla qovmayıb. Bu artıq nüfuzli beynəlxalq təşkilatın rəyidir. Biz bu rəyi xarici siyasətimizdə geniş istifadə etməliyik.

Dünən 3+3 formatında keçirilən Tehran görüşündə qəbul edilən bəyanatda dövlətlərin ərazi bütövlüyü,mübahisələrin sülh yolu ilə həlli, siyasi müstəqillik, suverenlik, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı öz əksini tapmışdır. Bir daha Tehran görüşündə Zəngəzur dəhlizinin İran ərazisindən keçə biləcəyi ideyası da öz təsdiqini tapmış, bu işin tez bir zamanda icra olunması vacibliyi qeyd olunmuşdur.

Ermənilərin yenidən Qarabağa qayıtmaq məsələsinə də nə qədər Azərbaycan dövləti çalışsa da, heç kim qarant verə bilməz ki, 20-30 ildən sonra yenə həmin icma Azərbaycan dövləti, onun müstəqilliyi üçün problem yaratmayacaq. Bizim humanistliyimiz həmişə bizim üçün problem yaradir. Onlar bizə qarşı yalnız əmlak iddiası qaldıra bilərlər ki, bu da həll oluna bilən məsələdir”, - deyə o bildirib.

demokrat.az

Xəbərlər