Siyasət 17 Noyabr 2021, 17:13 | Baxış sayı: 205
İcbari sığortaya cəlb olunacaq Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən şəxslərin əhatə dairəsi müəyyənləşir.

İcbari sığortaya cəlb olunacaq Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən şəxslərin əhatə dairəsi müəyyənləşir.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, artıq qanun Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslərin həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyəcək.
Bununla əlaqədar qanunun adı da dəyişəcək və “Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi icbari sığortası haqqında” qanun adlanacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbərlər