"Hələ də separatçı ünsürlərin əsarəti altında olanlar qərar verməlidir"
Plenar iclaslar
30 May 2023, 12:41 | Baxış sayı:
171
“Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.
Deputat bildirib ki, hələ də separatçı ünsürlərin əsarəti altında olanlar qərar verməlidir: “Onlar Azərbaycan vətəndaşlığını qəbul edib yaşamalıdır. Hələ də Avropada Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılmasına qarşı fikir səsləndirənlər var. Onların diqqətinə çatdırmaq istəyirəm ki, bütün dünya ölkələri öz sərhədlərini qoruyursa, bu, Azərbaycanın da təbii və legitim hüququdur”.
Mənbə : APA