Ümumi 6 Sentyabr 2023, 17:12 | Baxış sayı: 79
"Hisslərimi cilovlaya bilməsəm, başım bərk ağrıyacaq"

"Xarici aşağıbüdcəli aviaşirkətlərin sırasına Gürcüstanın “Georgian Wings” aviadaşıyıcısı da əlavə olunur. Artıq bu gündən həftədə 3 dəfə uçuş. Yaxın zamanda “IndiGo” (Hindistan), “Aegean Airlines” (Yunanıstan) və “Air Arabia Abu-Dhabi” (BƏƏ) aviaşirkətləri də Bakıya uçuşlar həyata keçirilməyə başlayacaq. Bu da ucuz gəliş-gedişə imkan yaradacaq. AZAL rəhbəri gedən kimi birdən-birə bu qədər imkanlar? Deməyə söz tapmıram".

 

Bunu deputat Razi Nurullayev bildirib.

 

"Deməyə söz var, sadəcə, hisslərimi cilovlaya bilməsəm, başım bərk ağrıyacaq. Baş ağrısı da pis şeydir, gərək tez Nemesil içəsən. Onu da içə bilmirəm. Nə isə..." - R.Nurullayev qeyd edib.

pravda.az

Xəbərlər