Ümumi 22 İyun 2023, 0:48 | Baxış sayı: 107
"Heydər Əliyev rəssam olsaydı, dünya şöhrətli rəssam olardı"

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Heydər Əliyev rəssam olsaydı, dünya şöhrətli rəssam olardı: “Onu tanıyan hər kəs bilirdi ki, Dahil Lider incəsənətə necə önəm verirdi. Lakin tale və tarix onun üçün çox fərqli yol çəkmişdi. Heydər Əliyev təhlükəsizlik orqanlarında çalışarkən Azərbaycanda bir nəfər belə ziyalı təqib olunmadı, Ulu Öndər öz xalqını hər zaman qoruya bildi və Azərbaycan xalqına özünə inamı qaytardı”.

Daha sonra "Heydər Əliyev" ordenli heykəltaraş Ömər Eldarov və "ArtColab” Yaradıcılıq Mərkəzinin müəllimi və layihə koordinatoru Casiyet Abdullayeva çıxış edərək sərgi haqqında fikirlərini bölüşüblər.

Mənbə:report.az

Xəbərlər