Plenar iclaslar 20 Dekabr 2023, 16:12 | Baxış sayı: 125
"Hesablamışam, elə gün olur ki, Azərbaycanda 7 qadın qətlə yetirilir..."

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov mətbuatda qadın ölümü ilə bağlı xəbər çoxluğuna görə narahat olduğunu bildirib.

 

S.Novruzov parlamentin bugünkü plenar iclasında çıxışında deyib ki, Azərbaycanda yol-nəqliyyat hadisələrindən sonra ikinci yerdə qadınların öldürülməsi xəbərləri gəlir.

 

“Hər gün mətbuatda şahidi oluruq ki, kişi həyat yoldaşını öldürdü, qaynata gəlinini güllələdi, qardaş bacısını baltalıdı və s. Hesablamışam, elə gün olur ki, Azərbaycanda 7 qadın öldürülür, elə gün də olur ki, 2 qadın qətlə yetirilir. Orta hesabla günə 3-dən götürsək, bir ildə 1000-dən artıq qadın bu və ya digər məsələnin qurbanına çevrilir”, - deputat vurğulayıb.

report.az

Xəbərlər