KOMİTƏ İCLASLARI 20 Aprel 2022, 15:04 | Baxış sayı: 184
“Hesablama Palatasının monitorinq fəaliyyətinin daha da genişləndirilməsinə ehtiyac var”.

“Hesablama Palatasının monitorinq fəaliyyətinin daha da genişləndirilməsinə ehtiyac var”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, mühasiblərin müstəqillik səviyyəsini artırmaq lazımdır: “Mühasiblər bu gün rəhbərdən çox asılıdır. Mühasib bir çox hallarda təzyiqə məruz qalır. Ancaq buna baxmayaraq, mühasiblər qanun pozuntusuna yol verməməlidirlər. Ona görə də mühasibin işə təyin olunması, işdən azad olunması məsələsinə baxmaq olar”.

Xəbərlər