KOMİTƏ İCLASLARI 12 Aprel 2023, 14:50 | Baxış sayı: 184
"Hesablama Palatasının hökumətlə münasibətləri normal deyil"

Hesablama Palatasının audit zamanı aşkarladığı nöqsanların aradan qaldırılmamasının əsas səbəblərindən biri Palatanın hökumətlə münasibətlərinin normal olmamasıdır.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov bildirib.

 

"Hesab edirəm ki, nöqsanlarla bağlı heç olmasa ildə bir dəfə hökumətlə müzakirələr aparılmalıdır. Burada ötən il aşkarlanmış nöqsanları aradan qaldırmayan qurum və təşkilatların adları açıqlanmalıdır", - deyə o qeyd edib.

 

Bundan başqa, deputat təklif edib ki, işğaldan azad edilmiş ərazilərdə audit daha sərt olsun və genişləndirilsin: "Ora nəzarətdən uzaq bir yerdir. Bu istiqamətdə auditi daha da genişləndirmək lazımdır"./Report

Xəbərlər