Siyasət 19 İyun 2023, 15:25 | Baxış sayı: 202
"Heç olmazsa, Gürcüstanla sərhədi aça, burada xüsusi nəzarət sistemini və yoxlamanı gücləndirə bilərik."

“Əhalinin gediş-gəlişi ilə bağlı çox ciddi problemlər yaşanır. Lakin hökuməti də başa düşmək lazımdır. Bölgədə, qonşu dövlətlərdə yaşananlar, onlarla sərhəddə baş verən ciddi problemlər bunu deməyə əsas verir. Lakin heç olmazsa, Gürcüstanla sərhədi aça, burada xüsusi nəzarət sistemini və yoxlamanı gücləndirə bilərik. Yəni insanlar vacib işlərində gedib-gəlmək imkanına malik olsunlar”. 

Millət vəkili bu məsələ ilə bağlı onlara da çoxlu müraciətlərin daxil olduğunu deyib: “Rusiyadakı problemlər fonunda orada yaşayan həmvətənlilərimiz gəlmək, ailələri ilə görüşmək istəyirlər. Onların hər birinin hava yolu gəlmək imkanı yoxdur. Ona görə də, sərhədlərin açılması çox vacibdir”. 

“Bu məsələyə hökumətdə də baxılır. Sərhədlərin mümkün qədər tez açılması həm iqtisadi, həm də sosial baxımdan vacibdir”, - V. Əhmədov əlavə edib. 

Xəbərlər