“Hazırda azad edilən ərazilərində quruculuq, bərpa işləri çox sürətlə həyata keçirilir”.
Plenar iclaslar,
Qanun Layihələri
26 Aprel 2022, 16:48 | Baxış sayı:
272
“Hazırda azad edilən ərazilərində quruculuq, bərpa işləri çox sürətlə həyata keçirilir”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 122 saylı Xankəndi seçki dairəsinin deputatı Tural Gəncəliyev deyib.
Deputat bildirib ki, quruculuq işlərində peşə təhsilli gənclərə çox ehtiyac olacaq: “İşəgötürənlər tələb kimi ali təhsil diplomu tələbi qoyurlar. İşəgötürənlər peşələrlə bağlı ali təhsil diplomunun olmasını şərt kimi qoymasınlar. Bu, “Peşə təhsili haqqında” qanuna da uyğun deyil”.