Qanun Layihələri 25 Oktyabr 2022, 15:08 | Baxış sayı: 83
"Hansısa siyasi partiyanın fəaliyyətinə maneçilik törətmək məqsədimiz yoxdur"

"Hansısa cnın fəaliyyətinə maneçilik törətmək məqsədimiz yoxdur".

Bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı parlamentdə keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əvvəlki “Siyasi partiyalar haqqında” qanun bugünkü normativ hüququ aktların tələblərinə uyğun deyildi və yeni qanunun qəbulu zəruri idi: "İndiki qanun layihəsi 30 maddədən ibarətdir. Məsələn, Almaniyada bu sahədə qanun kifayət qədər çoxdur. Ən çox narahatlıq doğuran hallar partiyaların təsis edilməsi, qeydiyyatı və s məsələlərlə bağlıdır. Fikrimcə, bu kimi məsələlər tənzimlənməzsə, balans qorunmasa, Venesiya konvensiyasına da uyğun olmaz. Etiraf edim ki, bundan əvvəlki qanunun hazırlanmasında iştirak etməmişəm. Biz indiki qanunvericiliyi hazırlamışıq. Qanunun müddəaları və bəzi nüansları oxşar ola bilər. Bütün ölkələrin qanunvericiliyi öyrənilib. Layihə üzərində çalışanlar bir neçə deputat və işçi qrupunun nümayəndələridir. Hüquq peşəkarlığı məsələsini kölgəyə atmaq lazım deyil. Rəqəmlərlə bağlı tənqidləri müəyyən qədər qəbul edirik, ancaq ümumi konseptual baxımdan fikirlə bağlı nəsə irad bildirmək düzgün deyil. Bəziləri deyirlər ki, bu qanun layihəsi ilə siyasi partiyaların fəaliyyəti məhdudlaşdırıla bilər. Lakin hansısa siyasi partiyanın fəaliyyətinə maneçilik törətmək məqsədimiz yoxdur”.

Xəbərlər