Plenar iclaslar 15 Oktyabr 2021, 12:53 | Baxış sayı: 225
“Əhalinin sağlığının qorunması haqqında” qanuna təklif edilən dəyişikliklərdə qiymətlərlə bağlı tariflər dəqiq müəyyənləşdirilməlidir”.

“Əhalinin sağlığının qorunması haqqında” qanuna təklif edilən dəyişikliklərdə qiymətlərlə bağlı tariflər dəqiq müəyyənləşdirilməlidir”.

APA-nın verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, layihədə qiymətlərin aidiyyəti qurumlar tərəfindən müəyyənləşdiriləcəyi deyilir: “Burada isə qurumların sayı çoxdur. Ola bilər ki, qiymətlərdə fərqli tariflər təqdim olunsun. Buna görə də bu layihədə tariflər dəqiq müəyyənləşdirilsin. Digər məqam sığorta olunmayan vətəndaşlarımızla bağlıdır. Zərfə daxil olan və daxil olmayan xidmətlərlə bağlı da problem var. Zərfə daxil olmayan xidmətlər vətəndaşlar tərəfindən ödəniləcək. Bu, sui-istifadə hallarına gətirib çıxaracaq. Çünki zərfə daxil olan xidmətlərlə bağlı qiymətlər aydın deyil. Səhiyyə müəssisələri tərəfindən bu xidmətlər zərfə daxil olmayan kimi göstərilə bilər. Zərfə daxil olan xidmətlər aydınlaşdırılmalı, sərhədlər müəyyənləşdirilməlidir. Digər tərəfdən, zərfə daxil olmayan xidmətlərə görə ödənişlərin hara daxil olacağı müəyyən olunmalıdır. Bu vəsaitdən səhiyyə xidməti, yaxud müvafiq icra hakimiyyəti orqanı tərəfindən xərclənəcəyi aydın deyil. Xəstəxanalar və səhiyyə müəssisələrinin durumunun maliyyə baxımdan daha da yaxşılaşması ilə bağlı təklif olunan dəyişikliklər təsir göstərə bilər, amma sui-istifadə hallarına da yol aça bilər. Buna görə də layihəyə olan təkliflər daha aydınlaşdırılmalıdır”.
Deputat Aydın Hüseynov da layihədə xidmətlərin vahid tarifinin müəyyənləşdirilməsini təklif edib.

Xəbərlər