"Gübrəyə görə bölgələrdə taxıl əkinində problem var"
KOMİTƏ İCLASLARI
28 Oktyabr 2022, 12:59 | Baxış sayı:
216
“Biz Xaçmazda sahibkarlarla görüş keçirdik. Orada ən böyük problem taxıl, buğdanın istehsalı ilə bağlı məsələdir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 28-də keçirilən iclasında deputat Vahid Əhmədov bildirib.
Vahid Əhmədov deyib ki, taxıl istehsalı ilə bağlı bölgələrdə ciddi problem var: “Bu da gübrəyə görədir. Əsas gübrə Rusiyadan gəlir, onun qiyməti isə böyük sürətlə artır. İnsanlar gübrə alıb istifadə edə bilmirlər. Xaçmazda 20 min hektar sahədə taxıl əkilməlidir, hazırda yalnız 9 min hektara yaxını əkilib. Subsidiya ilə bağlı da problem var. Baxmayaraq elektronlaşıb, lakin problemlər qalmaqdadır”.
Mənbə: apa.az