Cəmiyyət 20 Sentyabr 2021, 15:00 | Baxış sayı: 315
"Əgər dünyaya inteqrasiya olunuruqsa və müxtəlif konvensiyalara qoşuluruqsa, artım təbiidir".

“Dünya bazarında benzinin, yanacağın qiymətinin artması Azərbaycana da təsir göstərir. Bu səbəblər ölkəmizdə də benzinin qiymətinin artmasını zəruri edir. Əgər dünyaya inteqrasiya olunuruqsa və müxtəlif konvensiyalara qoşuluruqsa, artım təbiidir. Biz dünya ilə ayaqlaşmalı, qiymətləri standartlara uyğun təyin etməliyik”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, koronavirus pandemiyasının tüğyan etdiyi, vətəndaşların sosial vəziyyətinin yaxşı olmadığı vaxtda qiymət artımının tərəfdarı deyil: “Azərbaycanda benzinin qiyməti aşağı olduğu halda, qonşu ölkədə bizdəkindən 2 dəfə baha olması düzgün deyil. Bu, müəyyən idxal-ixrac prosesinə maneə yaradır. Ona görə də dövlət qiymətləri qoşulduğu konvensiyalara uyğun tənzimləməyə məcburdur. Yəni, bəzi məsələlər dövlətdən, ölkə rəhbərindən asılı deyil. Amma istənilən halda, vətəndaşların narazılığını başa düşürəm”.

 

Deputat Sabir Rüstəmxanlı isə, qiymət artımınə pisləyib:

Əvvəllər də dəfələrlə demişik: ölkənin Tarif Şurasının və əlaqədar idarələrinin qiymətqoyma siyasətini başa düşmək mümkün deyildir. Bunlar hansı məntiqlə hərəkət edirlər?

“Əhalinin qazancından, dolanışıq imkanlarından xəbərləri yoxdurmu? Belə çıxır ki, gecə yatıb yuxuda nə görürlər, sabah onu həyata keçirirlər. Yoxsa neft ixrac edən bir ölkədə benzinin qiymətinə bir ildə üç dəfə əlavə artım gəlməsi nə deməkdir? Axı yanacağın bahalaşması anındaca bazarda bütün məhsulların qiymətini qaldırır və bunu inkar etmək mümkün deyildir. Qalib bir ölkədə əhalini rəsmi dairələrdən narazı salan belə addımları atanların niyyəti nədir?" - millət vəkili bildirib. (Axar.az)

 

Xəbərlər