İctimai Dinləmə 15 Dekabr 2022, 13:32 | Baxış sayı: 142
“Görəsən, Azərbaycana bu qədər həkim, müəllim lazımdır?”

“Görəsən, Azərbaycana bu qədər həkim, müəllim lazımdır? Bu dəqiqləşdirilməlidir”.

APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda
keçirilən ictimai dinləmədə deputat Sabir Rüstəmxanlı deyib.

Deputat hər il müəllim, həkim ixtisasına yiyələnənlərin sayı məsələsinə də toxunub. “Universitetlərdən hər il tələbələr buraxırlar. Amma dəqiqləşdirilməlidir ki, bizə nə qədər müəllim, nə qədər həkim lazımdır. Digər tərəfdən xarici dil müəllimlərimiz rayonlara, kəndlərə getmir. Kənd məktəblərində kitablarla bağlı da problemlər var”, - deputat vurğulayıb.

Xəbərlər