Cəmiyyət 9 Fevral 2023, 11:49 | Baxış sayı: 242
"Gender bərabərliyi dövlətimizin diqqət mərkəzindədir"

Hər birimiz tariximizlə öyünə bilirik. Bu, hər birmizə qürur verir. Tarixin bütün mərhələlərində, ən çətin məqamlarda Azərbaycan qadını cəmiyyət naminə, milli mentalitetin mühafizəsi naminə məsuliyyəti bölüşmüş, cəmiyyətin sabahlarına qayğı göstərməyi bacarmışdı.

Azərbaycan qadının bu cəsarətinə, Vətən sevgisinə ən böyük və sistemli dəstəyi isə əlbəttə ki, ən böyük azərbaycanlı, böyük tarixi şəxsiyyət Heydər Əliyev verdi. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndər Heydər Əliyev millətin taleyi üçün mühüm əhəmiyyət kəsb edən bütün vacib sferaları hər zaman diqqət mərkəzində saxladığı kimi, qadınların ölkəmizin həytatında fəal iştirakını dəstəkləmək məqsədilə ölkəmizdə qadın siyasətinin təməl prinsiplərini müəyyən etmişdi. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan qadınının bacarığına, qabiliyyətinə, vətənsevərliyinə verdiyi yüksək dəyər, onlara sonsuz inam qadınların bütün sahələrdə faəliyyət potensialının üzə çıxarılmasında da həlledici amillərdən olmuşdu.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan qadın hüquqlarının qorunması, təbliğ olunması məqsədlərinə xidmət edən uğurlu dövlət-qadın siyasəti, gender bərabərliyi prinsipi Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qadınlara yaradılan bütün imkanlar daha da genişləndirilir.

Sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın uğurları­nın da inkişafının davamlı olmasını təmin etmək məqsədilə cəmiyyətin dinamik qüvvələrinin potensialı ümummilli məqsədlər üçün cəmləşdirilir. Cənab Pre­zi­dentimiz buna da xüsusi diqqər yetirir və bu, həyata keçirilən siyasətin mühüm isti­qamətlərindən biridir. Bu istiqamətdə cəmiyyətin taleyüklü məsələlərində qadın­ların da birbaşa iştirakını təmin etmək, rolunu artırmaq, bütün peşə və sa­hə­lərdə iştirakını təmin etmək məqsədilə ölkəmizdə əlverişli mühit yaradılıb. Ölkəmizdə çoxşaxəli və davamlı islahatların aparılması dövrümüzdə demokratik cəmiyyətin göstəricilə­rindən biri olan gender bərabərliyinin və qadın hüquqlarının yüksək səviyyədə təmi­na­tına əsas verir. Mühüm bir hissəsini gənc qızların təşkil etdiyi gənclə­r ordusunun təhsil imkanlarının genişləndirilməsi daim dövlətin diqqət mərkəzin­dədir. Dövləti­miz potensiallı gənclərimizin beynəlxalq təcrübəni öyrənmək məqsə­dilə ölkə xaricində nüfuzlu universitetlərdə təhsilini davam etdirmək üçün hər cür qayğı ilə əhatə edir. Cənab Prezidentimizin bu istiqamətdəki siaysəti ölkəmizin kadr poten­sia­lı­nın güclənməsinə xidmət edir.

Bugün ölkəmizdə qadınlar üçün bütün sahələrdə qanunla təsdiq edilmiş əlverişli şərait yaradılıb. Bundan əlavə qadınların müxtəlf sahələrdə irəli çəkil­mə­sinə təməl ola biləcək təşviqedici kompaniyalar həyata keçirilir, qadın əməyi, qadın uğurları ən yüksək səviyyədə layiqli qiymətini alır, hətta cəmiyyətə töhfələr vermiş qadınlar orden və medallarla təltif edilir.

Bugün ölkəmizdə gender bərabərliyinin təmin edilməsi istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir. Yüksək yaradıcılıq potensialına malik Azərbaycan qadını, xüsusən, gənc qızlar göstərilən inam və etimad müqabilində fəallıq nümayiş etdirirlər. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyi­mi­zin daha da möhkəmləndirilməsi üçün bütün qüvvələrini səfərbər edir, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. İstər ölkə daxilində, istərsə də xaricdə nüfuzlu universitetlərdən məzun olmuş, elmdə yeniliklərə imza atmış, idmanda bayrağımızı ucalara qaldırmış, ədəbiyyatda, incəsənətdə, mədəniyyətimizin təbli­ğin­də və digər sahələrdə fəaliyyəti ilə uğurlar qazanmış bütün qadınlar təkcə ailələrinin deyil, xalqımızın, hər bir azərbaycanlının qürurudur.

Qarşıda duran vəzifələr aydın və dəqiqdir. Cəmiyyət həyatının bütün istiqamətlərində dayanıqlı inkişafa nail olmaq məqsədilə elm və texnikada, süni intellekt və bu kimi digər sahələrdə, həm də qeyri-ənənəvi sayılan istiqamətlərdə qadınların və qızların rolunu, iştirak miqyasını genişləndirmək mütləqdir.

Bir sıra hallarda qadınların hələ ki, istifadə olunmamış bu nəhəng istedad və innovativ potensialını elmə, idarəetməyə və digər sahələrə yönəltməklə daha xoşbəxt, daha firəvan gələcəyimizi təmin etmiş olarıq. Çünki qadının cəmiyyətdə böyük rolu var. Bir qadının uğurlu həyatına üç aspektdən yanaşmaq lazımdır. Həyatda uğur qazanmış bir qadın, sadəcə, uğurlu bir şəxsiyyət demək deyil, eyni zamanda, uğurlu bir ailə, daha geniş mənada isə uğurlu bir cəmiyyət deməkdir. Çünki gələcək nəsillərin hansı istiqamətdə formalaşacağına bugün gənc nəsillərə tərbiyə verib onları doğru yönləndirən analar müəyyən edir.

Gələcəyimizə daha optimist, daha böyük ümidlərlə baxırıq. Çünki Azərbay­can qadının gələcəkdəki möhtəşəm uğurları indidən hər birimizi həyəcanlandırır. Çünki bugün gənc qızlarımız Mehriban xanım Əliyevanı milli-mənəvi dəyərlərə bağlılıqla müasirliyi ahəngində həm şəxsiyyət kimi, həm də ictimai-siyasi fəaliyyəti ilə müasir Azərbaycan qadın hərəkatının lideri kimi özünə örnək bilir.

Yuxarıda sadalananlar dövlətimiz tərəfindən gender bərabərliyi təminatına göstərilən diqqət və qayğının göstəriciləridir. Bu gün gender bərabərliyinin təminatında insanlar arasında daha çox maarifləndirici tədbirlərin həyata keçirilməsi əlaqədar təşkilatların əsas vəzifələrindən biri və ən vacibi olmalıdır.

Fikrimi Ulu Öndər Heydər Əliyevin məşhur kəlamı ilə bitirirəm: “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır.” Ulu Öndərimizin bu kəlamı da Azərbaycan qadınına verilən yüksək dəyərin ifadəsidir, hər birimizə qürur və sevinc hissi yaşatmaqla yanaşı, məsuliyyətimizi daha da artıraraq gələcək fəaliyyətimizdə yolumuza işıq tutur.

Mənbə: ulusal.az

Xəbərlər