Ümumi 15 Mart 2021, 16:32 | Baxış sayı: 299
Füzuli aeroportu nə vaxt açılacaq?

Füzuli hava limanının inşası ilə bağlı işlər sürətlənib və ilin sonunda hava limanının istifadəyə veriləcəyi gözlənilir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

Millət vəkili qeyd edib ki, aeroportun açılması regionun turizm imkanlarını genişləndirəcək.

“Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. Hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir”, - V.Bayramov qeyd edib.

Xəbərlər