Cəmiyyət 12 Mart 2024, 14:06 | Baxış sayı: 260
"Fürsət bilib, sürücüləri “28 May” metrostansiyasının qarşısında 80 manat cərimələyirlər"

"Fürsət bilib elə bu gündən 80 manat cərimə etmək nə anlaşılandır, nə də doğru yanaşma".


Xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib


Deputat bildirib ki, Nəqliyyatı Əlaqələndirmə Şurası “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qəbul etdiyi qərarı bəyənir: "Qərar dünən verilib. Sürücülərin çoxu da məlumatsızdır. Yol polisləri ərazidədir və xəbərsiz sürücülər əraziyə daxil olan zaman onları 80 manat məbləğində cərimə edirlər. Qərar dünən verilib. Nə haydı ki, elə bu gündən fürsət bilib hamını cərimələyəsən. Bir həftə ərzində şifahi xəbərdarlıq edilməlidir. Həmən cərimə yazmaq heç düzgün yanaşma deyil".

pravda.az

Xəbərlər