"Fransa və Ermənistan arasında müqavilə regionda balansın pozulmasına gətirib çıxaracaq"
Plenar iclaslar
24 Oktyabr 2023, 14:20 | Baxış sayı:
237
Dünən Fransa və Ermənistan arasında imzalanan müqavilə regionda olan balansın pozulmasına gətirib çıxaracaq.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev bildirib.
Deputat deyib ki, Fransanın Cənubi Qafqazda aqressiv siyasətini ifşa edən tədbirlər keçirməliyik: “Keçən həftə Bakıda belə bir tədbir keçirildi. Fransa müstəmləkəçilik siyasətini bu gün də davam etdirir. Biz bu zülmə qarşı olmalı, həmin xalqların səsinə səs verməliyik. Fransa II Dünya Müharibəsində qələbəyə parazit kimi ortaq olan ölkə kimi BMT Təhlükəsizlik Şurasına üzvü olmağa layiq deyil. Avropa Şurası Parlament Assambleyası kimi institutlar Parisdən çıxarılmalıdır”. APA