İqtisadiyyat 11 Aprel 2023, 14:34 | Baxış sayı: 105
"Fransa ilə münasibətlərimiz elə də gərgin deyil"

Milli Məclisin deputatı Vahid Əhmədov AZAL tərəfindən Fransanın "Airubs" şirkətindən "A320neo" ailəsinə aid 12 ədəd “Airbus” təyyarəsi sifariş verilməsindən danışıb. 

Deputat Demokrat.az-a açıqlamasında bildirib ki, bu, AZAL ilə Fransa şirkəti arasında imzalanan əməkdaşlıq siyasi deyil, iqtisadi məsələdir:

"Ümumiyyətlə, Fransa ilə Azərbaycan münasibətlərini elə gərgin də qəbul edilməməlidir. Çünki biri var siyasi məsələlər, bir də var iqtisadi əlaqələr. Dövlətlər arasında iqtisadi əlaqələrin olması çox mühümdür. Ola bilər ki, burada hər hansı birgə müəssisə yaradılır. Hər halda bunu normal dəyərləndirirəm. Əgər bu gün İranla bu müqavilənin bağlanıldığı deyilsəydi, deyərdim ki, buna ehtiyac yoxdur. Amma, hər bir halda Fransa dövləti ilə münasibətlərimiz elə də gərgin deyil və bu cür müqavilələrin bağlanması normaldır".

Xəbərlər