Ictimai Müzakirə 24 Fevral 2023, 14:26 | Baxış sayı: 189
“Fövqəladə vəziyyət haqqında” Qanuna dəyişiklik edilməsi barədə ictimai müzakirə keçirilib.

23 fevral 2023-cü ildə “Baku Community Space”də  Meclis.info” Parlamentin Monitorinq Platformasının təşkilatçılığı ilə “Fövqəladə vəziyyət haqqında” Qanuna dəyişiklik edilməsi barədə ictimai müzakirə keçirilib.

İctimai müzakirədə media nümayəndələri, ictimai fəallar, vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edib. Müzakirə zamanı mövcud qanun layihəsilə qanunvericiliyimizə əlavə ediləcək sosial xarakterli fövqəladə mühit və sosial xarakterli fövqəladə mühit rejimi anlayışlarına diqqət ayrılıb. İştirakçılar bu anlayışların Azərbaycan Respublikasının Konstitusiyasına və öncül beynəlxalq praktikaya zidd olduğunu bildiriblər.

Müzakirədə çıxış edən “Meclis.info” Parlamentin Monitorinq Platformasının hüquqşünası Əhməd İsmayılov Rusiya, Gürcüstan, Türkiyə, Estoniya və Qazaxıstan qanunvericiliklərində fövqəladə vəziyyət və vəziyyət zamanı alınacaq tədbirlərin tənzimlənməsinin Azərbaycan qanunvericiliyi ilə müqayisəsini aparıb.

Yekunda qanun layihəsilə əlaqədar təkliflər hazırlanaraq aidiyyatı orqanlara yönləndirilib.