Siyasət 5 Yanvar 2023, 16:27 | Baxış sayı: 181
"Ermənistanın nicatı Azərbaycanın əlindədir"

Ermənistan nəhayətində anlamalıdır ki, onun nicatı və təhlükəsiz həyat tərzi hər hansı digər ölkədə deyil, məhz Azərbaycanla Türkiyənin əlindədir.

Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin üzvü Kamran Bayramov deyib.

Onun sözlərinə görə, Ermənistan üzləşdiyi problemlərdən qurtulmaq istəyirsə, o zaman ən qısa zamanda Azərbaycanın təklif etdiyi sülh şərtlərini qəbul edib, Bakı və Ankara ilə normal qonşuluq münasibətləri yaratmalıdır. 

“Başqa yol yoxdur. Bunun əksi Ermənistan üçün fəlakətdir. Onlar birmənalı şəkildə anlamalıdırlar ki, kimsə onları üzləşdiyi bu bataqlıqdan nə Fransa, nə də ki, digərləri xilas edə biləcək. Ötən 30 ildən artıq müddət bunu sübut etdi”, - o qeyd edib.

O əlavə edib ki, ermənilər özləri də artıq onları üzlədşikləri problemdən xilas edə biləcək nə ölkə, nə də güc var: “Tənha qaldıqlarını ölkə rəhbərliyi, dini liderləri səviyyəsində etiraf olunmaqdadırlar. Çünki Ermənistan bu gün beynəlxalq aləmdə baş verən proseslərdə ciddi əhəmiyyət daşımayan ölkədir. Digər tərəfdən isə beynəlxalq aləmdə baş verən proseslər Ermənistanın ziyanına işləməkdədir və bu proses getdikcə daha da güclənir. Sadəcə olaraq bəzi güclər öz maraqları təmin etmək üçün Ermənistandan faydalanmağa çalışır. Bu da öz növbəsində Ermənistanın daha da təklənməsinə gətirib çıxarır.  

Ermənistandan fərqli olaraq Azərbaycan qlobal aləmdə baş verən geosiyasi dəyişiklilər, dünyanın yenidən şəkilləndirilməsində ciddi aktor rolu oynamaqdadır. Azərbaycanın beynəlxalq aləmdəki rolu isə hər ötən gün artmaqdadır. Odur ki, Ermənistan nə qədər dünyadakı reallığı dərk edib, buna uyğun adekvat addım atarsa, daha çox qazana bilər. Əks halda Ermənistanı daha acınacaqlı məğlubiyyət gözləyir. Çünki bu gün nə Ermənistan, nə də onun himayədarları bu gücdədir. Elə götürək BMT Təhlükəsizlik Şurasının son toplantısını…  Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasına Ermənistanın ən yaxın havadarı Fransa sədrlik etsə də, Azərbaycanın aktiv diplomatiyası nəticəsində diplomatik müstəvidə öz meydanında da məğlub edildi. Ermənistan acı məğlubiyytlərdən dərs çıxarmaq əvəzinə yenə də destruktiv mövqe sərgiləyib, revanşizmdən dəm vurmaqdadır. Amma onlar unudurlar ki, bu hərəkətləri ilə ümumilikdə erməni xalqını uçuruma və fəlakətə sürükləyirlər. 

Xankəndidəki quldur, dələduz vardanyanlar da dərk etməlidirlər ki, onlar cinayətkar əməllərinə görə layiqli cavabını alacaqlar. Həmin cinayətkarların istənilən təxribat cəhdlərinin bədələni sadə erməni xalqı ödəməli olacaq. Fəlakət anında həmin dələduz vardnayanları erməniləri tək qoyub aradan çıxmağa cəhd edəcəklər. Ona görə də hesab edirəm ki, sadə ermənilər bu dələduz cinayətkarlara yerlərini göstərməli və öz gələcək talelərini özləri müəyyən etməlidir. Bunun yolu isə Azərbaycan cəmiyyətinə reinteqrasiyadan keçir. Ümid edirəm ki, biz yaxın gələcəkdə bu prosesin şahidi olacağıq”.

Xəbərlər