Siyasət 26 Mart 2023, 17:14 | Baxış sayı: 256
"Ermənistan regionda əhalisinin 99 faizi bir etnokonfessional qrupdan ibarət yeganə dövlətdir"

Ermənistanın baş naziri Nikol Paşinyan söyləyir ki, "Ermənistanın guya monoetnik dövlət olması və tərkibində etnik azlıqların olmaması ilə bağlı Azərbaycan qarşı tərəfə yeni ittihamlar irəli sürür. Bu cür ifadələr Ermənistanın daxili işlərinə kobud müdaxilədir. Ermənistanda nəinki milli azlıqlar var, onların Milli Assambleyada mandatı var və buna Konstitusiya zəmanət verir".

Ermənistan nəinki monoetnik dövlət statusuna malikdir, o, həmçinin bizim regionda əhalisinin 99 faizi bir etnokonfessional qrupdan ibarət yeganə cəmiyyət və dövlətdir. Ermənistanın bütün qonşu ölkələrinə baxın - Türkiyə, İran, Gürcüstan, Azərbaycan. Onların hamısı çoxmillətli və çoxkonfessiyalı cəmiyyətlərdir. Daha da irəli gedək - Rusiya, İraq, Qazaxıstan, Ukrayna, Türkmənistan, Əfqanıstan, Pakistan, İsrail. Dünyanın bu hissəsində monoetnos olmaq mümkün deyil... Qitənin bütün tarixi buna ziddir. Siyasi sistemindən, dinindən asılı olmayaraq, heç bir dövlətdə belə vəziyyət yoxdur.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.

"Ermənistan bir neçə onilliklər ərzində ardıcıl olaraq, irqçilik və ksenofobiya siyasətini apararaq, XXI əsrə bu biabırçı statusda qədəm qoyub. Çoxmillətli İrəvan və Zəngəzur torpaqları irqi cəhətdən "təmiz" cəmiyyət qurmaq üçün sınaq meydanına çevrilib. Erməni ekspansionizminə himayədarlıq etməyə davam edərək bu siyasəti birbaşa və dolayı yolla dəstəkləyən xarici siyasətçilər beynəlxalq hüquqa zidd davranış sərgiləyirlər",- deyə deputat vurğulayıb.

N.Arpadarai əlavə edib ki, Ermənistan Konstitusiyasına gəlincə, mövcud olmayanı müdafiə etmək asandır.

Mənbə : AZƏRTAC

Xəbərlər