"Ermənistan İranla Hindistandan silah alınmasını razılaşdırıb, bu, Azərbaycan və Türkiyəyə tuşlanıb"
“Ermənistan həm İran, həm də Hindistandan silah alınmasını razılaşdırıb. Hesab edirəm ki, bu da Azərbaycan və Türkiyəyə tuşlanıb”.
“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Siyavuş Novruzov gələn ilin büdcəsində hərbi xərclərin artırılmasını dəstəkləyib:
“Hesab edirəm ki, dövlət büdcəsində bu addımların atılması hər kəsin ürəyincədir. Lakin ayrılan vəsaitdən hərbçilərin ailələrinə, onların yaşayış, ezamiyyət tariflərinə də təsir etsə, yaxşı olar. Nəzərə alaq ki, dünən 50 manata kirayə qalırdınsa, bu gün 100 manata qalırsan. Üstəlik, internet xərcləri və digər xərclər var”.