Siyasət 12 İyul 2023, 16:04 | Baxış sayı: 213
"Erməni kilsəsi dinc əhaliyə qarşı terrorçuları təşkilatlandırır və dəstəkləyir"

"Bu gün Ermənistan Rusiyanın Ukraynaya təcavüzünə tam və hərtərəfli dəstək verir. «Ukrainskaya Pravda» qəzetinin 4 iyul tarixli sayında «Erməni batalyonunun Moskvada müharibəyə qatılmaq üçün xeyir-dua aldığı tədbirdə Avromeydan hadisələrində iğtişaşlar törədən qrupun təşkilatçısı iştirak etmişdir» adlı məqalə dərc olunmuşdur. Bildirilir ki, Moskvada Erməni Apostol Kilsəsində yeni yaradılmış «ARBAT» adlı erməni batalyonunun Donbasda döyüşlərdə iştirak etməsi üçün xeyir-dua tədbiri keçirilmişdir. Erməni batalyonu döyüşlərdə Ermənistan bayrağı altında vuruşacaq. İyulun 2-də Moskvadakı erməni katedralında keçirilən yolasalma mərasimində iştirak edən "Arbat" könüllü batalyonunun fotoları da yayılıb. Həmin batalyonda Ermənistan vətəndaşları ilə yanaşı, Rusiyanın işğal etdiyi Abxaziyadan olan etnik ermənilərin də olduğu güman edilir. Rusiya mənbələri Ukraynanın işğal olunmuş ərazilərində könüllü erməni batalyonlarının yerləşdirildiyini təsdiqləyib."

Bu fikirləri Milli Məcliisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, diqqət çəkən ən maraqlı məqam isə mərasimdə Armen Sərkisyanın fotolarda xeyir-dua alan batalyon üzvləri arasında olmasıdır. Armen Horlivski  ləqəbi ilə tanınan Armen Sərkisyan Ukraynada axtarışdadır. O, 2014-cü ildə Kiyevdə Maydan hadisələri zamanı «ölüm briqadaları» yaradaraq  dinc nümayişçilərə qarşı divan tutan qrupa rəhbərlik etmişdir. Sərkisyanın divan tutduğu nümayişçilər arasında 2014-cü il fevralın 18-dən 19-na keçən gecə qətlə yetirilmiş Ukraynalı jurnalist Vyaçeslav Veremii də var. Veremiini qətlə yetirən Yuri Krısin adlı qatil Ukrayna məhkəməsində etiraf etmişdir ki, Maydanda dinc nümayişçilərə terror aktı törətmək üçün Sərkisyandan 20.000 (iyirmi min) ABŞ dolları alıbmış. Aydın şəkildə görünr ki, Erməni kilsəsi dinc əhaliyə qarşı  terrorçuları təşkilatlandırır və dəstəkləyir.
Deputat diqqətə çatdırıb ki, bu gün  erməni döyüşçülər dinc Ukrayna əhalisinə qarşı soyqırımında iştirak edirlər. Necə ki, dəfələrlə dinc azərbaycanlılara qarşı da soyqırımlarda iştirak etmişlər. Ermənistan uzun illərdi terroru dövlət siyasətinə çevirib. Azərbaycana qarşı törədilən terror və soyqırımı aktları da Ermənistanın terror mahiyyətini açıq şəkildə göstərir.

K.Bayramov əlavə edib ki, Birinci və İkinci Qarabağ müharibəsi zamanı xaricdə yaşayan ermənilər, muzdlu terrorçular Qarabağa gətirilərək  Azərbaycana qarşı döyüşdülər. Ölkəmiz bununla bağlı dəfələrlə beynəlxalq platformalarda məsələ qaldırsa da, faktlar təqdim etsə də, təəssüf ki, ikili standartlar bizdən yan keçmədi. Dünya ictimaiyyətinin gözü Azərbaycana gələndə kor oldu. İndi də Ukraynaya qarşı eyni vəziyyəti müşahidə edirik. Ermənilər indi də terror əməllərini bu ölkədə həyata keçirirlər. Artıq ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun və «Ukrainskaya Pravda» qəzetinin Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində erməni könüllü batalyonları yerləşdirməsi məlumatını açıqlasa da Qərbin Ermənistana qarşı münasibəti də, daha doğrusu, heç bir addım atıb, sanksiya qəbul etməməsi də çox müammalıdır...Və deyərdim ki, ikili standartların aydın göstəricisidir. Hesab edirəm ki,  tezliklə rəsmi Kiyev başda olmaqla bütün Qərb bu vəziyyətlə bağlı tədbir görməli, Ermənistana dur deməklə, ona qarşı iqtisadi-maliyyə sanksiyaları həyata keçirməlidirlər.

Xəbərlər