Plenar iclaslar 7 Mart 2023, 14:47 | Baxış sayı: 124
"Enerji istehlakının pərakəndə satışı ilə bağlı təzadlar var"

“Elektroenergetika haqqında” qanunda ədalətli bölgü ilə bağlı maddənin olmasını tövsiyə edirəm”.

Bakıvaxtı.az xəbər verir ki, ikinci oxunuşda qəbul edilən “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən Mili Məclisin deputatı Vüqar Bayramov bildirib.

O deyib ki, qanunda qeyd edilən terminlərə yenidən baxılmalıdır:

“Məsələn, sərbəst istehlakçı deyilən bir anlayış yoxdur. Həmçinin enerji istehlakının pərakəndə satışı ilə bağlı təzadlar var. Bir maddədə parakəndə satışa icazə verilir, digərində qadağa edilir”.

Xəbərlər