Cəmiyyət 10 İyul 2023, 15:11 | Baxış sayı: 102
“Elm və təhsil naziri milləti təhqir edir”

“Emin Əmrullayev deyir ki, yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür. Sonra deyir ki, mən faktı deyirəm.  Bu nə deməkdir? Belə fakt olar? Hansı mətni? Ölkənin Elm və təhsil naziri milləti təhqir edir.  Sən hardan bilirsən ki, 25 yaşdan yuxarı yaşı olanların 60 faizi  Füzulinin, Nizaminin, Əhməd bəy Ağaoğlunun, Axundovun, Heminqueyin, Çexovun və s. yazıçı və mütəfəkkirlərin əsərlərindəki əsas fikri başa düşmür?”

 

Bunu Milli Məclisin deputatı Etibar Əliyev bildirib.

 

“Zirəddin heç belə danışmır.  Nazir bu fikrinə görə Azərbaycan xalqından üzr istəməlidir. Bu adam nə PİRLS-i, nə PİSA-nı, nə Akkreditasiyanı, nə Bibliometrik göstəricələri, nə məzmunu, nə də QS reytinqini izah edə bilmir, lakin Azərbaycan xalqını hər addımda savadsızlıqda ittiham edir.  Bu dərsi haradan almısınız?” – E.Əliyev qeyd edib.

Pravda.az

Xəbərlər