"Düşmənlərin dəyirmanına su tökməyin”
Milli Məclisin deputatı Razi Nurullayev açıqlamasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının videosunu yayanların hamısını şiddətlə qınadığını deyib. "Minlərlə insan nə qədər amansız, ev yıxan, baş kəsən və özgə işinə burnunu soxan olub. Ayıbdır, vallah. Baxış, bəyənmə qazanmaq üçün yarışa çıxıblar, xeyli insan və digər ictimai-siyasi marağı olanlar da bunu dövlətə qarşı qoyur. Bu nədir, a kişi! Belə şey olar? Adam lap bunu edənlərdən yox, bunu bu şəkildə yayanlardan xəcalət çəkir".
Deputat həmçinin bildirib ki, “Özünün bundan artıq pis əməlləri olanlar da yazır və paylaşır. Utanın! Ölkəmizdə bu tip məsələlərdən də ağır və müzakirə olunası məsələlər var. Böyük iş olub, iki nəfər "qucaqlaşıb". Bilmədən, əgah olmadan paylaşırlar. Bəlkə sizlər paylaşmaqla onların və yaxınlarının həyatına ciddi təhlükə törətmiş olursunuz?! Bədxah adamların qurduğu tora düşüb, özünüz də bilmədən düşmənlərin dəyirmanına su tökməyin”.
Mənbə: Pravda.az