Plenar iclaslar 4 Mart 2022, 12:45 | Baxış sayı: 242
"Dünyanın Ukraynaya göstərdiyi münasibəti bizə də göstərilməsini istərdik".

“Bu gün dünya çox ağır durumdadır. Üçüncü dünya savaşı hər an, hər gün başlaya bilər”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, bu gün Rusiya-Ukrayna münasibətlərində öz torpaq bütünlüyünü qorumaq uğrunda apardığı mübarizədə dünya Ukraynanın yanındadır: “Biz 30 il müharibə şəraitində yaşamışıq. Təəssüf ki, 30 ildə dünya bizi müdafiə etmədi. Bu gün isə dünya Ukraynanın yanındadır. Bu, bizi sevindirir. Amma istərdik ki, bu münasibət bizə də göstərilsin. Ukraynadan gedənlərə, qaçqınlara Avropa sahib çıxır. Bu gün bir sıra mətbuatda Azərbaycanın atdığı addımlarda səhvlər axtarmağa çalışırlar. Amma dövlət başçısının atdığı addımlar çox praqmatikdir. Ukraynada yarım milyon azərbaycanlı yaşayır. Onların yarıdan çoxu Qarabağdan gedəndir. Onların hər birini təxliyə etmək bizim borcumuzdur. Amma biz Ukraynanı tərk edən qaçqınlara da qucaq aça bilərik”.

Xəbərlər