KOMİTƏ İCLASLARI 13 Oktyabr 2023, 17:01 | Baxış sayı: 119
"Dövlət qurumlarında mühasibat uçotunun kağız formada aparılması düzgün deyil"

Milli Məclisin deputatı Vüqar Bayramov dövlət qurumlarında mühasibat uçotunun kağız formada aparılmasını düzgün saymayıb.

 

Vüqar Bayramov bunu bu gün Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

 

“Mühasibat uçotunun elektron aparılması məlumatların doğru və düzgün aparılması deməkdir. Nəzərə almalıyıq ki, vəsaitlərin böyük qismi dövlət qurumları tərəfindən xərclənir. Təklif olunan qanunda iri sahibkarlara mühasibatın elektron formada aparılması lazım olduğu halda, dövlət qurumları üçün belə bir məcburiyyət yoxdur. Halbuki dövlət qurumlarının xərcləri iri sahibkarların maliyyə dövriyyəsindən daha çoxdur və onlar sahibkarlardan daha tez bu prosesə hazır olmalıdırlar. Bu məsələdə dövlət qurumlarına biz güzəşt təklif edirik, amma iri sahibkarlıq subyektləri üçün deyil. Nə üçün dövlət qurumlarında mühasibat uçotunun kağız formada saxlanılır? Bu, onların bu prosesə hazır olmaması ilə bağlıdır? Əgər belə deyilsə, iri sahibkarların buna hazır olmasını iddia etmək nə dərəcədə doğrudur?”, - deyə Vüqar Bayramov əlavə edib.

pravda.az

Xəbərlər