Cəmiyyət 7 Fevral 2022, 16:30 | Baxış sayı: 237
"Deputatın pulunu sayanlar çoxdur".

“Jurnalistlər deputat həmkarımız Cavanşir Feyziyevə qarşı birləşiblər. Onların şəxsi işidir. Ancaq bundan öncə onlar Əli Həsənov və Vüqar Səfərliyə qarşı birləşməli idilər. Bu iki şəxs birbaşa onların haqqına girmişdilər. Və onların korrupsiyadan topladığı vəsaitlər Feyziyevin vəsaitindən qat-qat çoxdur. Cavanşir müəllim ona qarşı yönələn ittihamların hamısına cavab verir. Feyziyev Əli Həsənov və Vüqar Səfərovdan qat-qat vətənpərvər və xeyirxah insandır”.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

E.Əliyev qeyd edib ki, Cavanşir Feyziyevin üstünə bağıran jurnalistlərdən biri hökumətin ona verdiyi evi 120.000 manata satıb: “Bunu deyən yoxdur. Deyən yoxdur ki, evin ola-ola niyə o evi almışdın. Bu gün ağır mənzil şəraitində yaşayan jurnalistlərimiz var. Bir neçə evi olanlar niyə comərdlik etmirdilər. Ancaq kimisə ləkələmək istəyəndə dərhal "birləşirlər." Deputatın pulunu sayanlar çoxdur. Ancaq deputatın vəsaitindən çox qrant layilərindən pulsilənlərin və oliqarx redaktorların adı heç yerdə çəkilmir. Onların xeyirxahlıq əməllərini heç kim görməyib. Məncə, bir balaca səmimi olmaq lazımdır, hər kəs öz bioqrafiyasını unutmamalıdır”.

Xəbərlər