Plenar iclaslar 22 İyun 2021, 17:00 | Baxış sayı: 322
Deputat: “Saxta əlillik dərəcəsi olan insanlar var. Lakin mən onlara 1-2 ay həmin müavinəti verməyi təklif edirəm".

“Bizim yaralanmış qazilərimizin həm Azərbaycanda, istərsə də xarici ölkələrdə müalicəsi təşkil olunur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, “Biz burada veteranların, şəhid ailə üzvlərinin reyestrinin yaradılması barədə qərar qəbul etdik. Bu, çox vacib addımdır. Bu, onların sosial müdafiəsinin gücləndirilməsi, işlə təmin edilməsi və s. baxımdan çox mühümdür. İkincisi, icra hakimiyyəti orqanlarında müharibə veteranları, şəhid ailələri ilə bağlı şöbə yaradılıb. Həmçinin ali məktəblərdə də bu kateqoriyadan olan insanlar pulsuz təhsil alacaq. İndiyə qədər bu güzəşt qaçqın və məcburi köçkün ailələrinə şamil olunurdu”.

Deputat qeyd edib ki, saxta əlilliyi olan şəxslər aşkarlanır, müvafiq addımlar atılır: “Saxta əlillik dərəcəsi olan insanlar var. Lakin mən onlara 1-2 ay həmin müavinəti verməyi təklif edirəm. Çünki həmin insanın tez bir vaxtda iş tapması mümkün deyil”.

Spiker Sahibə Qafarova isə bildirib ki, əgər insan saxta əlildirsə, ona müavinət verilməsi davam etdirilə bilməz: “İnsanın əlilliyi saxtadırsa, ona necə yenə müavinət verilsin? Saxta əlilə müavinət verilsin, həqiqi əlillər kənarda qalsın?”

Xəbərlər