Plenar iclaslar 22 İyun 2021, 15:00 | Baxış sayı: 251
Deputat: "Qanun layihəsinin bu sahədə vəziyyəti daha da ağırlaşdıracağı düşüncəsindəyəm".

“Əlilliyin müəyyənləşdirilməsi haqqında layihə xeyli təzadlı mövqeləri ortaya qoydu. Qanun layihəsinin bu sahədə vəziyyəti daha da ağırlaşdıracağı düşüncəsindəyəm. Ona görə də qanunun əleyhinə səs verəcəyəm”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bu problemlərin ən böyük səbəbini Nazirlər Kabinetinin qəbul etdiyi 2015-ci il 30 dekabr tarixli 413 saylı qərarında görür. Onun sözlərinə görə, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilib və bir çox xəstəlik siyahıdan çıxarılıb: “Bu tip qərarları Nazirlər Kabineti təkbaşına qəbul etməməlidir. Bunu Milli Məclis müzakirə etməlidir. Ümumiyyətlə, insanların taleyini müəyyən edən məsələlər geniş ictimai müzakirələrdə dinlənilməli, qərarı da Parlament verməlidir. Çünki insanların qarşısına çıxan və ən qəddar suallara məruz qalan məhz deputatlardır”.

Xəbərlər